İctima Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli ABŞ və Fransa səfirlərinin Şuşaya dəvət edildiyi halda səfərdən imtina etmələrinə münasibəd bildirib.
İSBAM sədri Boyukmillet.com-a verdiyi açıqlamada bildirir ki:
ABŞ və Fransa səfirliklərinin bu hərəkəti Azərbaycan xalqına, onun dövlətinə, ərazi bütövlüyünə hörmətsizlik, qərəzli mövqe kimi qiymətləndirilməlidir.
160 dan çox səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı etdiyi mötəbər tədbirə qatılmamaq bölgədə sülhə və sabitliyə, regional və beynəlxalq əməkdaşlıqa dirsək nümayişidir.
Azərbaycanın ərazilərinin 30 il işğalda saxlanılması prosesində Amerika və Fransa destruktiv fəaliyyətlərini bugünki addımları ilə də isbat etmiş oldular.
Dəfələrlə rəsmi Bakının dəvətinə naz göstərən rəsmi Paris yaxın dövrdə Şuşa həqiqətini anlayacaqdir. Hər iki ölkənin hökumət dairələrinin erməni lobbisinin təsiri altında hərəkət etməsi beynəlxalq aləmdə birmənalı olaraq qarşılanmamaqda .
Kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycan öz yolunda addımlayır, postmüharibə dövrü üçün reallıqları ortaya qoyur.