Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Bakının küçə və parklarından birinə Polad Həşimovun adı verildi

Bakı şəhərinin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

“Yaxın zamanlarda həmin küçədə şəhid general-mayor Polad Həşimovun adını daşıyan park da istifadəyə veriləcək”, – icra hakimiyyətindən bildirilib.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …