Bazar , 15 Mart 2026
Drone Cameras

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …