Şənbə , 10 Yanvar 2026
Drone Cameras

“Balıqlara yem əvəzinə insan nəcisi verilir” – Azərbaycanda tükürpədici biznes

“Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır”.

Bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub:

“Tualetlərdən çəkilən artıqlar süni göllələrə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub”.

E.Hüseynov bildirib ki, sözügedən tullantıyla qidalanmış balıqları yeyən insanlar birbaşa xərçəng xəstəliyinə tutula bilər:

“Bundan əlavə, mədə-bağırsaq və mənşəyi məlum olmayan xəstəliklər yarana bilər. Çünki insan orqanizmi belə sularda saxlanılan balıqları yeyərkən ağır metal və duzlarla zənginləşir”.

Qeyd edək ki, balıq alarkən gözləri aydın və şişkin olmalıdır, qoxusu təzə və dəniz kimi olmalıdır, pis iy gəlməməlidir, dərisi parlaq və sürüşkən olmalıdır, pulcuqları bədənə yapışıq olmalıdır, əti bərk və elastik olmalıdır, barmaqla basdıqda çuxur qalmamalıdır, solungaçları qırmızı və təmiz görünməlidir, qarnı şişkin və boş olmamalıdır, gözlə görünən yara, çürük və ya ləkə olmamalıdır.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …