Bazar , 27 Aprel 2025
Drone Cameras

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır.

Boyukmillet.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

“Ötən həftəsonu Sumı vilayətində törədilən qırğınla Ukraynadakı dəhşətlər pik həddə çatdı. Sumı şəhərində iki dəfə günahsız dinc sakinlər Putinin raketləri ilə hədəfə alınıb. Bu, bir daha sübut edir ki, Putin mülki əhali və müharibə qaydalarına hörmət etmir”, – Barro vurğulayıb.

O xatırladıb ki, Ukrayna bir aydan artıqdır atəşkəs təklifi ilə razılaşıb, Rusiya isə bu istiqamətdə hərəkət etmək niyyətində deyil:

“Ona görə də Putin bunu etməyə məcbur edilməlidir. Avropa İttifaqını Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə çağırıram ki, onun iqtisadiyyatını boğsun və hərbi fəaliyyətini davam etdirməsinə imkan verməsin”.

Barro əlavə edib ki, atəşkəs üçün ciddi səy göstərən ABŞ və Prezidenti Donald Trampın özü də Rusiyanı danışıqlar masasına gətirmək üçün sanksiyalardan istifadə etməyə hazır ola bilər.

Check Also

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər. …