Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Baş prokuror: “Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb”

İranın paytaxtı Tehranda səfərdə olan baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşüb.

“Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə müsbət təsir göstərəcək. Münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da (hər iki ölkə vətəndaşları tərəfindən – “Report”) olur və biz bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq”, – Azərbaycanın baş prokuroru vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır:

“Azərbaycandakı bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslər ekstradisiya müqaviləsi əsasında ekstradisiya oluna bilər. 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”.

Kamran Əliyev məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirib:

“Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”.

Daha sonra baş prokuror həmin şəxslərin adlarını qarşı tərəfə təqdim edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …