Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Baş prokuror saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialara münasibət bildirib

Baş prokuror Kamran Əliyev ölkədə saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialara münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında danışıb.

Baş prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər, əsasən, məhkəmə istintaqı zamanı işgəncə faktları ilə bağlı ifadələr verirlər:

“Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldıqları və ya istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq məqsədilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır”.

Check Also

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat …