Cümə , 22 Noyabr 2024
Drone Cameras

Baş Prokurorun müavini Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Dekabr 16-da Özbəkistanın Daşkənd şəhərində hibrid formatda Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümünə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müxtəlif ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan prokurorluğu Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti videokonfrans vasitəsilə təmsil olunub.

Elmar Camalov çıxış edərək Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Prezidentinin 7 may 2021-ci il tarixli fərmanı ilə yaradılan “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Baş prokurorun müavini Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfər, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanların əhəmiyyətindən danışıb.

Bundan sonra konfrans öz işini prokurorluq orqanlarının müxtəlif sahələrdə fəaliyyətinə həsr olunan panel müzakirələri formatında davam etdirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …