Bazar , 19 May 2024
Drone Cameras

Baş Qərargah rəisi Azərbaycan Ordusunun döyüş hazırlığını yüksək qiymətləndirib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır.

General-polkovnik K.Vəliyev “Gizir hazırlığı kursu”nun gedişi ilə də maraqlanıb.

Bildirilib ki, keçirilən məşğələlərdə əsas diqqət kursantların bilik və bacarıqlarının daha da artırılması, Azərbaycan Ordusunun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilib.

Hərbi hissələrdə şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib, hərbi qulluqçulara yeni tədris dövründə uğurlar arzulayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yeni tədris dövrünün başlanması ilə əlaqədar tələb və göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah rəisi döyüş və fiziki hazırlıq üzrə tədbirlərin effektiv təşkili, eləcə də hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına dair tapşırıqlar verib.

Check Also

MN: Artilleriya bölmələri radiolokasiya kompleksləri və PUA ilə döyüş atışlı taktiki təlim keçirir

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim …