İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, quru əməliyyatlarına başlayan İsrailin Qəzzada əməliyyatları genişlənir və Qəzza bombalanır.
Boyukmillet.com xəbər verir ki, bu barədə Əl-Cəzirə xəbər yayıb.
Məlumatda xatırladılıb Hagari qəzzalıları cənuba doğru hərəkət etməyə çağırıb. Eyni zamanda vurğulanıb ki, İsrailin hava hücumları orada davam edir.
“The Jerusalem Post” isə xəbər verir ki, İsrail sözçüsü brifinq zamanı hücumların həm havadan, həm dənizdən, həm də qurudan həyata keçirildiyini qeyd edərək, “son bir neçə saat ərzində Qəzza zolağında hücumların sayını çox ciddi şəkildə artırdıq” deyib.
Haqari bildirib ki, İsrail kəşfiyyatı HƏMAS-ın Qəzzada “Şifa” xəstəxanasından qərargah kimi istifadə etdiyini müəyyənləşdirib. Onun sözlərinə görə, hazırkı zərbələr terror qruplaşmasının yeraltı tunellərdəki qüvvələrini məhv etmək məqsədilə endirilir. Quru əməliyyatlarının məqsədi isə “Şifa” xəstəxanasındakı qərargahı məhv etməkdir.
Qeyd edək ki, ABŞ İsraili quru əməliyyatlarından imtinaya çağırıb.