Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Baxçalı İmamoğlu ilə bağlı ÇAĞIRIŞ ETDİ

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəmə prosesinin ölkədəki bütün televiziya kanallarında canlı yayımlanmasına çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, partiyasının parlamentdəki qrup toplantısında deyib:

“Məhkəmə iclası canlı yayımlanmalıdır, o cümlədən dövlətə məxsus TRT kanalında. Türkiyə xalqı baş verənləri görməli və anlamalıdır”.

Onun sözlərinə görə, İstanbul meriyasına qarşı korrupsiya iddialarının canlı yayımlarını izləmək imkanı vətəndaşların demokratik təsisatlara inamını gücləndirməyə kömək edəcək.

Qeyd edək ki, bundan əvvəl İmamoğlu özü məhkəmə prosesinin Türkiyə televiziyası ilə canlı yayımlanmasını təklif edib.

Check Also

Ərdoğandan İRAN xəbərdarlığı: “Bütün region uduzacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrana qarşı yönəlmiş hər hansı yeni hərbi kampaniya …