Cümə axşamı , 14 Noyabr 2024
Drone Cameras

Bayden Ukraynanın XİN rəhbəri ilə görüşüb

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

“Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, – məlumatda deyilir.

Bayden bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahələrində dəstəyini davam etdirəcək.

Bayden Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini və onları Ukraynadakı vəziyyətdən asılı olaraq sərtləşdirəcəyini bildirib.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Check Also

Almaniya İranın üç konsulluğunu bağlamaq istəyir

Buna səbəb Almaniya vətəndaşının edamıdır Almaniya hökumətinin İranın Frankfurt, Münhen və Hamburqdakı konsulluqlarını qapadacağı bildirilir.  Almaniyanın …