Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib

ABŞ Prezidenti Cozef Bayden və birinci xanım Cill Bayden cütlüyün həftəsonunu keçirdiyi Delaver ştatının Rexobot Biç şəhərindəki evindən təxliyə ediliblər.

Bu barədə Boyukmillet.com CNN-ə istinadən xəbər verir.

Ağ Ev sözçüsü bildirib ki, evakuasiya 5 iyun şənbə günü (yerli vaxtla-red) kiçik şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirilib.

“Kiçik şəxsi təyyarə məhdudlaşdırılmış hava məkanına daxil olub… Ehtiyat tədbirləri görülüb. Prezident və ailəsi üçün heç bir təhlükə yoxdur”, – rəsmi bildirib.

O, əlavə edib ki, Prezident və birinci xanım artıq öz iqamətgahlarına qayıdıblar. Ağ Ev hadisədən təxminən bir saat sonra baş verənlərlə bağlı mətbuata məlumat yayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …