Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Baydendən Ərdoğana dəvət məktubu gəldi

ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, Bayden Ərdoğanı 22-23 aprel tarixlərində iqlim problemlərinə həsr ediləcək dövlət başçılarının sammitinə dəvət edib.

Bundan əlavə, ABŞ dövlət rəhbəri koronavirus pandemiyasından zərər görən ailələrin, vətəndaşların, bütün türk xalqının kədərini paylaşdığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının lideri Si Szinpini də iqlim danışıqlarına dəvət edib.  

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …