Bazar , 22 Dekabr 2024
Drone Cameras

BDM Bakının işğaldan azad olunmasının 99-cu ildönümünü qeyd edib – FOTO

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin bolşevik erməni birləşmələrindən azad olunmasının 99-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli 99 il əvvəl baş vermiş tarixi hadisə haqqında danışaraq, xilaskar türk ordusunun qəhrəmanlığı haqqında məlumat verib. Daha sonra BDM sədri dr. İsmayıl Ağayev çıxış edərək, Nuru Paşanın komandanlığı altında bu günkü azadlığımıza görə Nuru Paşa və onun silahdaşlarını bütün Azərbaycan türklərinin minnət və şükranla yad etdiyini bildirib. Tədbirdə iştirak edən xalq qəhrəmanı Sultan bəy Paşabəyoğlunun nəvəsi, Laçın Şirkətlər Qrupunun prezidenti Yücəl Laçın səfərinin Bakının işğaldan azad olunması günü ilə eyni günə təsadüf etməsindən məmnunluğunu bildirərək, Türk dünyasının Atatürk, Nuru Paşa, Sultan bəy və Heydər Əliyev kimi şəxsiyyətlərlə qürur duyduğunu və yaxın zamanlarda Qarabağın da azad olunacağına inandığını qeyd edib. DAK idarə heyətinin üzvü Siyavuş Mustafayev, şair Ənvər Əhməd, BDM departament rəhbərləri Laçın Kazakov, Tahir Həşimov, Zəkiyə Həziyeva, işadamı Mustafa Qasımov və başqaları çıxış edərək 15 sentyabrın sıradan bir tarixi hadisə olmadığını, Azərbaycanın istiqlaliyyətinin qazanmasında mühüm hadisə olduğunu bildiriblər. Tədbir sənətçi Yaqut Qarabağlının hazırladığı bədii proqramla davam edib. 

 

boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir