Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

BDM Qarabağda qələbə paradı arzulayır

Beynəlxalq Diaspor Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə xalqımıza təbrik ünvanlayıb. 

Əziz xalqımız,

Beynəlxalq Diaspor Mərkəzi hər birinizi Milli Ordumuzun yaranmasının 100 illiyi münasibətilə təbrik edir, Silahlı Qüvvələrimizin şəxsi heyətinə uğurlar arzulayır.

Azərbaycan ordusu 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi Tiflisdə elan edildikdən sonra ağır ictimai-siyasi və müharibə şəraitində yaradılıb. Müstəqilliyimiz elan olunduğu dövrdə Bakı erməni-daşnak silahlı birləşmələrinin işğalında idi. 1918-ci ilin mart qırğınları zamanı Bakıda müsəlman türk əhalisinə və daha sonra Qarabağda, Naxçıvanda, Qubada, Şirvanda, Zəngəzurda ermənilər tərəfindən xalqımıza qarşı qətliam həyata keçirilirdi. Belə bir ağır şəraitdə ordumuzun yaradılması və formalaşması qısa zamanda müstəqilliyimizin və xalqımızın müdafiəsi uğrunda savaşa girməsi böyük fədakarlıq idi. Bu gün Azərbaycan ordusu Qafqazın birincisi və dünyanın ən güclü əlli ordusundan biridir. Bu gün işğal altında olan torpaqlarımızın azad edilməsi də ordumuzun tarixi misiyası olacaq. Ordumuz istiqlaliyyətimiz, təhlükəsizliyimiz və milli iftixar yerimizdir. Bu gün ordumuzun hər bir azərbaycanlının ürəyində qürur yerinə çevrilməsi ən böyük varlıqdır.

Birdaha bütün dünya azərbaycanlılarını təbrik edir, ordumuza Qarabağda qələbə paradı arzulayırıq.

 

Boyukmillet.com

 

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir