Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar Əliyev millət vəkilləri Kamilə Əliyeva və Jalə Əliyevanı debata çağırıb.
Buna səbəb ekspertin Bakı Dövlət Universiteti haqqında yazdıqlarını böhtan adlandırmaları ilə bağlıdır. Etibar Əliyev buna cavab olaraq bildirib:
“Bakı Dövlət Universiteti ilə bağlı tənqidi yazılarıma həmin Universitetin iki professoru, həm də millət vəkilləri cavab verməyə çalışıblar. Kamilə Əliyeva və Jalə Əliyeva. Trollardan sonra deyəsən gender bərabərliyini qorumağa çalışıblar. Mənim bu iki xanıma bir ədəd sualım var. 19 il bir yerdə işlədiyiniz akademik Abel Məhərrəmovu niyə müdafiə etmədiniz? Axı o, sizlərə çox yaxşı olmuşdu.
İkincisi, bu xanımlara bir ədəd də təklifim var: Hər ikinizi istənilən televiziyada və istənilən qəzetdə debata çağırıram. İstəyirsiniz cüt gəlin, istəyirsiniz tək.
Sizdən sualıma və təklifimə cavab gözləyirəm”.
Check Also
Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb
Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …