Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ Avropada NATO-nun yeni təlimlərinin planlaşdırılmasında iştirakdan imtina etmək niyyətindədir

ABŞ Avropada baş tutacaq gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyətində olduğu barədə NATO üzrə müttəfiqlərini məlumatlandırıb.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsveçin “Expressen” nəşri məlumat yayıb.

Bu, hələ ki bu il üçün artıq planlaşdırılan və ABŞ-nin əsas rol oynayacağı NATO təlimlərinə şamil edilmir.

“Expressen”in mənbələrindən birinin sözlərinə görə, söhbət hazırda daha gec reallaşdırma mərhələsində olan NATO təlimlərindən gedir.

Nəşrin qeyd etdiyinə görə, ABŞ tərəfi Avropada hərbi xərcləri azaltmaq və Hind-Sakit okean regionunu prioritet etmək istəyir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …