Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bekir Pakdemirli: “Azərbaycanlı yanğınsöndürənlərin fədakarlıqlarını gözlərindən oxudum”

“Türkiyədə günlərdir davam edən şiddətli meşə yanğınları zamanı ölkəmizə dünyanın bir çox ölkələrindən yardımlar gəlib. Ancaq, ən önəmli dəstək və yardımı qardaş Azərbaycandan gördük”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan 900 nəfərə yaxın canlı qüvvə və 90-dan çox texnika ilə Türkiyəyə yardıma gəlməklə hər bir Türkiyə vətəndaşını qürurlandırıb:

“Azərbaycanlı yanğınsöndürənlər Türkiyədəki meşə yanğınlarının ilk günlərindən etibarən bizimlə çiyin-çiyinə çalışdı, onların fədakarlıqlarını gözlərinin içindən oxudum. Hansı tapşırıq verildisə, canla-başla yerinə yetirdilər, “Biz oturmağa yox, sizə yardım etməyə gəlmişik” dedilər. Hər iki ölkə liderinin də dediyi kimi, “Bir millət, iki dövlət!””.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …