“Azərbaycanda hakimiyyətin öhdəsindən yaxşı gəldiyi imtahan – uğurlu referendum münasibəti ilə sizi təbrik etmək istəyirəm”.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.
Onun sözlərinə görə, referendumun nəticələri bu çətin dönəmdə Azərbaycan xalqının hökumətə olan münasibətinin ən yaxşı sübutudur. “Bu, çox böyük qələbədir və bunun dünyada necə qiymətləndirildiyini bilirəm. Bütün söz-söhbət, dedi-qodu dərhal yox oldu, ölkənizin imici xeyli yüksəldi”, – deyə prezident bildirib.
Check Also
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir …
Boyukmillet.com Biz yanmasaq vətən yanar