Şənbə , 27 İyul 2024
Drone Cameras

Suraxanıda dini ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Suraxanı Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə dini ekstremizmə qarşı mübarizə istiqamətində maarifləndirmə tədbiri keçirib.
“Report” xəbər verir ki, tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi ilə bağlayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, müstəqilliyini yenidən əldə etdikdən sonra Azərbaycanda vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib: “Azərbaycan özünün dünyəvi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə həmişə sadiq qalıb, bərqərar olunmuş sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz və sağlam cəmiyyətdə yaşaması üçün zəruri tədbirlər görür”. Qeyd edilib ki, hazırda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyətlər üçün bir bəlaya çevrilməkdədir. Bunun qarşısını vaxtında almaq ən vacib məsələlərdən biridir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə danışıb. O, bəzi qüvvələrin din pərdəsi altında ölkənin ictimai-siyasi sabitliyinə, dövlətin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin baş ictimai təhlükəsizlik idarəsinin şöbə rəisi Rafiq Qaçayev ölkədəki multikultural və tolerant mühitin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər.
Tədbir iştirakçılarına müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir