Şənbə , 11 May 2024
Drone Cameras

Belarusun baş naziri Ermənistanın bombaladığı əraziləri ziyarət edib

Belarusun Baş naziri Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

Boyukmillet.com xəbər verir ki, qonaqlar yerli rəsmi şəxslər tərəfindən Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.

Onlar ilk olaraq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkiblər.

Orada ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstələri düzülüb, yaşanmış hadisə ilə bağlı məlumatlar alınıb.

Qeyd edək ki, daha sonra qonaqlar Gəncə Avtomobil Zavoduna gedəcəklər. Zavodla tanış olduqdan sonra əməkdaşlıq memorandumu imzalanacaq.

Check Also

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, …