Şənbə , 25 Aprel 2026
Drone Cameras

Berlindən Hörmüz qərarı- Gəmi göndərir

Almaniya hökuməti Hörmüz boğazında yaranmış gərgin vəziyyətə müdaxilə etmək üçün öz hərbi dəniz qüvvələrini hərəkətə keçirib.

Boyukmillet.com  xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinischen Post” nəşrinə verdiyi müsahibədə Bundestaqın rəsmi icazəsini gözləmədən alman bölmələrinin Aralıq dənizinə göndərildiyini bəyan edib.

Nazirin sözlərinə görə, bu addım mandat təsdiqləndikdən sonra Hörmüz boğazına sürətli yerləşməni təmin etmək və vaxt itkisinin qarşısını almaq məqsədi daşıyır. Almaniya regiona bir minaxtaran gəmi və təchizat gəmisi yollayıb.

Pistorius vurğulayıb ki, hazırda Aralıq dənizində gözləmə mövqeyində olan bu bölmələr Bundestaqdan mandat alan kimi dərhal missiyanın icrasına başlayacaqlar. Nazir parlamentdən lazımi icazənin çox qısa müddətdə alınacağına əminliyini ifadə edib.

Bu gediş Almaniyanın Yaxın Şərqdəki dəniz təhlükəsizliyi məsələlərində daha aktiv rol almaq istəyinin göstəricisi kimi qiymətləndirilir.

Hesab olunur ki, Berlinin bu cür operativ reaksiyası qlobal ticarət yollarının qorunması üçün beynəlxalq koalisiyanın gücləndirilməsinə xidmət edir. Hazırda alman gəmilərinin son təyinat məntəqəsinə doğru hərəkət üçün tam döyüş hazırlığında olduğu bildirilir.

Check Also

Tramp qondarma genosid əvəzinə Ermənistanla tərəfdaşlıqdan danışdı

ABŞ prezidenti Donald Tramp 24 aprel münasibətilə açıqlamasında yenə də “genosid” ifadəsini işlətməyib. Boyukmillet.com ABŞ …