Şənbə , 25 Aprel 2026
Drone Cameras

Tramp qondarma genosid əvəzinə Ermənistanla tərəfdaşlıqdan danışdı

ABŞ prezidenti Donald Tramp 24 aprel münasibətilə açıqlamasında yenə də “genosid” ifadəsini işlətməyib.

Boyukmillet.com ABŞ prezidentinin ermənilərin genosid iddialarının 111 illiyi ilə bağlı Ağ Evin saytında yerləşdirilən yazılı bəyanatına istinadən xəbər verir ki, açıqlamada yalnız Ermənistanla əlaqələrə vurğu edilib: “Mənim administrasiyam strateji tərəfdaşlığımızı gücləndirir, erməni xalqı üçün əhəmiyyətli imkanlar yaradır və Cənubi Qafqaz regionunda davamlı sabitliyi təşviq edir. Birlikdə ABŞ və Ermənistan daha təhlükəsiz və çiçəklənən bir dünya qurmaq üçün çalışmağa davam edəcəklər”.

O, Ermənistanın bu yaxınlarda yaradılmış ABŞ Sülh Şurasına qoşulduğunu xatırladıb. Prezident inanır ki, Vaşinqton və İrəvan “güc vasitəsilə yeni bir sülh dövrü” yaratmaq üçün birlikdə çalışacaqlar.

Check Also

Berlindən Hörmüz qərarı- Gəmi göndərir

Almaniya hökuməti Hörmüz boğazında yaranmış gərgin vəziyyətə müdaxilə etmək üçün öz hərbi dəniz qüvvələrini hərəkətə …