Şənbə , 18 May 2024
Drone Cameras

Beynəlxalq arenada 100 və daha çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Beynəlxalq arenada 100 və daha çox qol vuran futbolçuların adları açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son olaraq İngiltərə millisinin və “Tottenhem” klubunun hücumçusu Harri Keyn siyahıya düşüb.

O, millidə 55, klubda isə avrokuboklarda 45 qolla yadda qalıb.

Ümumilikdə 27 oyunçunun yer aldığı siyahıya Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı ulduz futbolçu UEFA və FIFA-nın bayrağı altında keçirilən yarışlarda ümumilikdə 274 dəfə fərqlənib. Onu 236 qolla argentinalı Lionel Messi izləyir.

FutbolçuMilliKaryeraBKYMKCəmi qol
1Kriştianu RonalduPortuqaliya2002-152122274
2Lionel MessiArgentina2004-13799236
3Robert LevandovskiPolşa2008-10178179
4Gerd MüllerAlmaniya1964-19816968137
5NeymarBraziliya2009-5977136
6Kərim BenzemaFransa2005-9537132
7Raulİspaniya1994-20157944123
8Əli Daiİran1994-200713109122
9Ferens PuşkaşMacarıstan, İspaniya1943-19663884122
10Luis SuaresUruqvay2005-5368121
11Zlatan İbrahimoviçİsveç1999-5762119
12Edin DzekoBosniyvə H.2003-5364117
13Didye DroqbaFil Dişi Sahili2002-20165065115
14Andrey ŞevçenkoUkrayna1992-20126748115
15Romelu LukakuBelçika2009-4371114
16Edinson KavaniUruqvay2005-5558113
17RonaldoBraziliya1993-20115062112
18Tyerri AnriFransa1994-20125951110
19RomarioBraziliya1985-20075455109
20Samuel EtoKamerun1999-20194956105
21Sunil ÇetriHindistan2002-2084104
22Serxio AqueroArgentina2003-20216341104
23PeleBraziliya1957-19772677103
24Məhəmd SalahMisir2009-5350103
25Miroslav KlozeAlmaniya1999-20163171102
26Harri Keynİngiltərə2011-4555100
27EysebiuPortuqaliya1957-19785941100

Qeyd: BKY – beynəlxalq klub yarışları, MK – milli komanda

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …