Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb

Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb.

Boyukmillet.com xəbər verir ki, qonaqlar son olaraq Ağdam Cümə Məscidi və Şəhidlər xiyabanını ziyarət edib.

İbadət evinin işğal tarixindəki acı taleyi onlarda təəssüf hissi yaradıb.

Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Check Also

Aİ-Ermənistan sənədi sülh gündəliyinə ziddir – BAKIDAN ETİRAZ

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi Azərbaycanla sülh …