Beynəlxalq Diaspor Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edir.
Əziz həmvətənlər!
Bu gün hərtərəfli inkişaf etməkdə olan Azərbaycanımız dünyada yaşayan bütün soydaşlarımızın ana Vətəni və qürur mənbəyidir. Dövlətimizin əldə etdiyi hər bir uğur dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün sevindirici hadisədir. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan xalqımızın nümayəndələrinin həmin ölkənin siyasi-iqtisadi, sosial-mədəni həyatında yaxından iştirak edib nailiyyət qazanması da ölkəmiz adına baş ucalığıdır. Ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün soydaşlarımızı daha da sıx birləşməyə çağırırıq. Bayrağımızın daim dalğalanmasının və düşmən üzərində böyük qələbənin milli həmrəylikdən keçdiyini unutmamalıyıq.
Hər bir azərbaycanlını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, Vətənimizə firavanlıq, birlik, bərabərlik və qələbə arzulayırıq.
Bayramınız mübarək!
Boyukmillet.com