Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

DAK xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir!

Dünya Azərbaycanlıları Konqresi (DAK) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə soydaşlarımızı təbrik edir.

Əziz soydaşlarımız!

Dövlətimiz və milli varlığımız naminə həmrəy olmağımız böyük əhəmiyyət daşıyır. Ölkəmiz tarix boyu bir çox ağır sınaqlarla üzləşib. Dəfələrlə işğalçı hücumuna məruz qalan Vətənimiz bölünməyə məhkum olub. Bu gün işğal altında olan torpaqlarımız var. Vətəndən söz düşərkən, İranın tərkibində yaşamaq məcburiyyətində qalan Güney Azərbaycanı da unutmamalıyıq. Vətənin güneyi, quzeyi olmaz, Vətən Vətəndir!

Daha da güclü və bütöv Azərbaycan uğrunda birləşərək həmrəy olmağımız qaçınılmazdır. Dövlətimizin sabahı üçün milli maraqlar ətrafında bir olmağı bacarmalıyıq. Bütövlüyə gedən yol Milli Birliyimizə bağlıdır.

Əziz soydaşlarımız!

Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, yeni ildə bol uğur, firavan həyat diləyirik! 2018-ci il ölkəmiz adına ən uğurlu və düşərli il kimi tarixə yazılsın!

Hörmətlə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya

DAK Mətbuat Xidməti

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir