Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Biləsuvar Təhsil Şöbəsi Məktəbdə Baş Verənlərdən Xəbərsizdir

Bilasuvar rayonu 4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə karantin rejimini kobud şəkildə pozaraq özünə doğum günü keçirib.

Boyukmillet.com xəbər verir ki, E.Ağazadə Bilasuvar royununun təhsil şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən, himayə olunmaqdadır. Bildirilir ki, gənc direktor bir sıra özbaşnalıqlara yol verir. Müəllim kollektivi və işçilərlə kobud şəkildə rəftar edir.

Ölkədə karantin rejiminin təyin olunmasına baxmayaraq məktəbdə özü üçün doğum günü tədbiri təşkil edib. Və dəvət etdiyi müəllim və şagirdlərdən hədiyyə qəbul edib.

Qeyd edək ki, karantin rejimi tədbiq edilsə və ya edilməsə belə bir məktəb direktorunun bu cür özbaşnalığı yol verilməz haldır.

Boyukmillet.com xəbər portalının əməkdaşı məktəb direktoru Elşən Ağazadəylə görüşərək məsələyə münasibətini öyrənib. O məlum ad günü tədbiri ilə bağlı təəssüfləndiyini qeyd edərək onun xəbəri olmadan təşkil edildiyini bildirib.

Pandemiya qaydalarının pozulduğunu bəyan edərək buna görə Təhsil Nazirliyi tərəfindən xəbərdarlıq aldığını sözlərinə əlavə edib.
Məsələ ilə bağlı Biləsuvar rayon Təhsil şöbəsinə müraciət etdik. Lakin Təhsil şöbəsinin müdir müavini Ağasəf müəllim əməkdaşımıza bildirib ki, məktəbdə baş vermiş hadisə ilə bağlı xəbərsiz olublar. Həmçinin Biləsuvar rayon İcra Hakimiyyətinin, özünü təqdim etməyən əməkdaşı pandemiya qaydalarını pozan məktəb direktoru haqqında məlumatsız olduqlarını qeyd edərək bununla bağlı Təhsil Nazirliyinə müraciət etməyi məsləhət gördü.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayacayıq.

Sima Babayeva

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …