Cümə , 5 Dekabr 2025
Drone Cameras

Bilal Haye: “Pakistan Qarabağın bərpasına töhfə verməyə hazırdır”

“Biz Azərbaycanı həmişə dəstəkləmişik və indi də kömək etməyə şad olarıq”.

Bunu “Report”a Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye bildirib.

“Digər diplomatlarla birgə Azərbaycanın azad olunmuş ərazilərinə mən də getmişdim. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da olmuşam. Oradakı vəziyyət elə Cammu və Kəşmirdəki ilə eynidir. Bu da bizi Azərbaycanla yaxınlaşdırır. Bəli, Qarabağ azad olunub, amma indi həmin bölgənin bərpası və inkişaf etdirilməsi üçün addımlar atılmalıdır” – səfir qeyd edib.

O, Qarabağın bərpası və inkişaf etdirilməsinə, o cümlədən ərazilərin minalardan təmizlənməsinə töhfə verməyə hazır olduqlarını da vurğulayıb.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …