Bazar , 7 İyun 2026
Drone Cameras

Binədə narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar Əliyev, 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı Namiq Həsənov saxlanılıb.

Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. “Report”un …