Bazar , 22 Dekabr 2024
Drone Cameras

Binəqədidə məcburi köçkünlərlə bağlı tədbir keçirilib

Binəqədi rayonunda “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın xəbərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, Binəqədi Bakıda məcburi köçkünlərin ən çox məskunlaşdığı rayonlardan biridir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova qeyd edib ki, hər il 19 noyabrdan başlayaraq 10 dekabra qədər BMT-nin tövsiyəsi ilə belə tədbirlər keçirilir.

Ombudsman əlavə edib ki, BMT-nin qərarları vaxtında yerinə yetirilmir: “Bu da bir çox çətinliklər yaradır. BMT-də islahatların aparılması zərurətinin yarandığı bildirilir”.

E. Süleymanova bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz arxeoloji qazıntılar aparıb, həmin ərazilərə xaç basdırırlar.

Ombudsman bu gün bütün dünyada zorakılıq halları baş verdiyini də deyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio de Angelis deyib ki, bu tədbirlər 16 günlük kampaniya çərçivəsində keçirilir.

“Azərbaycanda məcburi köçkünlərin bir çox problemləri olsa da, Azərbaycan hökuməti onların problemlərinin həllinə daim yardım edir” – deyə F. Angelis qeyd edib.

Tədbir sual-cavabla davam etdirilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir