İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib.
Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir.
Təsdiq edilmiş yeni bəyannamə formaları aşağıdakılardır:
– Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
– Aksiz vergisi bəyannaməsi (2 və 3 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
– Mədən vergisi bəyannaməsi və tərtib edilməsi qaydaları;
– Ödәmә mәnbәyindә tutulan verginin bәyannamәsi (1 və 2 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
– Mənfəət vergisi bəyannaməsi (5 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
– Gəlir vergisi bəyannaməsi (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
– Torpaq vergisi bəyannaməsi (2 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;
– Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış və tərtib edilməsi qaydası.
Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub.
Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar