Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Bizi fırladırlar” – Deputatdan kəskin çıxış

Deputat Yevda Abramov Milli Məclisin bugünkü iclasında növbəti dəfə sərt çıxış edib. 
 
Modern.az xəbər verir ki, o, çıxışında qeyd edib ki, “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənl’şdirə bilmir. Deputatın fikrincə, valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi: 
 
“Valyutadəyişmə məntəqələrinin sayını azaltmaq lazım idi. Amma hamısını bağladılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbələrində öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. 
 
Mən qeyd edim ki, babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir