Bazar , 19 Yanvar 2025
Drone Cameras

Blinken Efiopiyada səfərdədir

ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfərdədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel tviterdə paylaşım edib.

“Dövlət katibi Blinken bizim Efiopiya və Afrika İttifaqı Komissiyası ilə tərəfdaşlığımızı möhkəmlətmək üçün Əddis-Əbəbədədir”, – tvitdə qeyd olunub.

Xatırladaq ki, daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays E. Blinkenin Efiopiyaya və Nigerə səfər edəcəyini bildirmişdi. Dövlət katibinin Nigerə səfəri amerikan diplomatiyasının tarixində ilk olacaq. Baş diplomatın Nigerin paytaxtı Niameyə ziyarəti martın 16-na planlaşdırılıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …