Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

BMT Baş Assambleyasının sədri: “Azərbaycanın “yaşıl transformasiyası”nın şahidi olmaq maraqlıdır”

“Azərbaycan qalıq yanacaqların əsas istehsalçısı və ixracatçısı kimi “yaşıl enerji və yaşıl inkişaf” tərəfdarına çevrilib”.

Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda işə başlayan Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COVID-19-un tədricən aradan qaldırılması postpandemiya dövründə səyləri ekoloji baxımdan təmiz və sosial cəhətdən ədalətli enerji keçidinə yönəltməyə imkan yaradıb: “Yaşıl enerji və yaşıl inkişaf”ın tərəfdarına çevrilən, əsas qalıq yanacaq istehsalçısı və ixracatçısı olan Azərbaycanda bu transformasiyanın şahidi olmaq mənim üçün xüsusilə vacibdir”.

“Yaşıl transformasiya”dan danışan Ç.Koroşi digər məsələlərlə yanaşı, hazırda dünyada mühüm yer tutan Dayanıqlı İnkişaf Məqsədlərinin də əhəmiyyətini vurğulayıb.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …