Bazar , 19 Yanvar 2025
Drone Cameras

BMT Baş Assambleyasının sədri: Qətnamə Ukraynada atəşkəs çağırışını təkrarlayır

“Təhlükəsizlik Şurasının qətnaməsi Ukraynada davam edən vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir və dərhal atəşkəs, humanitar dəstəyə maneəsiz çıxış, dialoqa, diplomatiyaya qayıdış çağırışını təkrarlayır”.

Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri Abdulla Şahid özünün tviterdəki hesabında yazıb.

Qeyd edək ki, BMT Baş Assambleyası ötən gün “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.

Təşkilata üzv 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.

Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …