Şənbə , 10 May 2025
Drone Cameras

BMT Baş katibi biomüxtəlifliyin qorunması üçün ildə 500 milyard dollar ayırmağa çağırıb

Dünya birliyi biomüxtəlifliyi təmin etmək üçün hər il təhlükəli sənayelərin maliyyələşdirilməsinə cəlb olunan 500 milyard ABŞ dollarını yönləndirməlidir.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş dünya təşkilatının Baş Assambleyasının təbiətin mühafizəsinə həsr olunmuş iclasının iştirakçılarına videomüraciətində bildirib.

“Biz 2030-cu ilə qədər biomüxtəlifliyin illik 700 milyard dollarlıq maliyyə boşluğunu bağlamalıyıq. Zərərli istehsallara ayrılan illik 500 milyard dollarlıq subsidiyaları aradan qaldırmalı və onu biomüxtəlifliklə bağlı fəaliyyətləri stimullaşdırmaq üçün yönləndirməliyik”, – A.Quterriş deyib.

“Biz təbiətin insanların həyatına verdiyi töhfəni qorumalı və artırmalıyıq. Bura ən həssas icmalara həyati faydaların təmin edilməsi və icmaları ekstremal hava hadisələrindən qorumaq üçün təbiətin imkanlarının gücləndirilməsi daxildir”, – o vurğulayıb.

Check Also

ABŞ Energetika Nazirliyi: Amerika termonüvə bombalarının seriyalı istehsalına başlayır

Birləşmiş Ştatlar mayın sonlarında – qrafikdən təxminən bir il tez ən yeni B61-13 termonüvə aviabombalarının …