Şənbə , 28 Mart 2026
Drone Cameras

BMT Malidən sülhməramlı missiyasını çıxarır

BMT-nin Malidəki sabitləşmə üzrə çoxölçülü kompleks missiyası (MINUSMA) bu ölkədən sülhməramlı kontingentinin çıxarılmasının birinci mərhələsini başa çatdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “France24” telekanalı məlumat yayıb.

“Mavi Dəbilqəlilər” birinci mərhələdə nəzərdə tutulan son bazaları – ölkənin şimalındakı Ber, Qundam və şərqdəki Menaka şəhəri ərazisini tərk ediblər. İkinci və son mərhələ başlayıb.

Qeyd edək ki, ikinci mərhələ dekabrın ortalarına qədər davam edəcək, bundan sonra iki həftə ərzində böyük şəhərləri – Timbuktu, Qao və paytaxt Bamakonu tərk etməlidirlər.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …