Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

BMT maliyyə çatışmazlığı səbəbindən Suriyaya yardımı kəsir

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Suriyaya ayrılan yardımın həcmini demək olar ki, iki dəfə azaldacaq.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Yardım ümumilikdə 5,5 milyon nəfər üçün nəzərdə tutulmuşdu. Hazırda isə bu rəqəm 2,5 milyona enəcək.

Sənəddə qeyd edilir ki, qərar ərzaq yardımı olmadan bir həftə belə yaşaya bilməyən üç milyon suriyalının xeyrinə verilib.

Təşkilat bildirir ki, yardım eyni həcmdə davam etsəydi, bütün resurslar bu ilin oktyabrına qədər tamamilə tükənə bilərdi.

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Boyukmillet.com IRIB-yə istinadən xəbər …