Şənbə , 10 Yanvar 2026
Drone Cameras

BMT: “Müharibədə Ukraynanın 23,6 min nəfər mülki vətəndaşı həlak olub”  

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı 24 fevral 2022-ci il tarixində Rusiyanın hücumunun başlamasından bu günə kimi Ukraynada ölən mülki vətəndaşların sayını açıqlayıb. Məlumata görə, Ukraynada müharibə zamanı 23 606 nəfər mülki vətəndaş həlak olub.

Boyukmillet.com xəbər verir ki, o cümlədən 8 791 nəfər ölüb, 14 815 nəfər yaralanıb.

İnsanların çoxu geniş miqyaslı məhvedici partlayıcı silahların istifadəsi səbəbindən zərər çəkib. BMT-dən bildirilib ki, real rəqəmlər daha çox ola bilər. Mariupol, İzyum, Lisiçansk, Popasnaya, Severodonetsk kimi gərgin döyüşlərin getdiyi bölgələrdə ölən və yaralananlar barədə məlumat gecikdirilir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …