Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya transsərhəd yardımla bağlı qətnamə layihəsinin əleyhinə səs verib.

Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir.

Rusiya və Çin layihənin lehinə, Böyük Britaniya, ABŞ və Fransa isə onun əleyhinə səs verib, qalanları – Braziliya, Albaniya, Keniya, Qabon, Qana, Hindistan, İrlandiya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb.

BMT Təhlükəsizlik Şurası 2014-cü ildən indiyədək ilk dəfə Suriyaya transsərhəd yardımla bağlı qətnamə qəbul edə bilməyib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …