Şənbə , 23 Noyabr 2024
Drone Cameras

BMT Türkiyənin bu layihəsi ilə bağlı qərar verdi: Artıq bütün dünyada qeyd olunur – FOTO

Ötən il Türkiyə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları yaratmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təklif təqdim edib. BMT Baş Assambleyasının aldığı qərara əsasən 30 Mart, artıq bütün dünyada Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd olunur. BMT Baş Assambleyası Türkiyənin  əsas server, digər 105 ölkənin isə ortaq serverolduğu Beynəlxalq Sıfır Tullantı Günü elan edib.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Sıfır Tullantı layihəsi ilə dünyanın maraq mərkəzində olan bütün ekoloji və təbiəti mühafizə layihələrində nümunəvi ölkə kimi seçilir. Layihə tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıların yaranması səbəblərini nəzərdən keçirməklə qarşısını almaq və ya minimuma endirmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.

Türk mətbəxinin yüzillik dayanıqlılıq prinsipləri dünyaya ilham verir

Sıfır tullantı fəlsəfəsi tullantıları həyatın bütün sahələrindən çıxarmağı hədəfləyir və israfsız mətbəx məhsulları istifadəsini tələb edir. Müasir şəraitdə zərurət olan tullantısız mətbəx nəsillər boyu türk mətbəxinin ayrılmaz hissəsi olub.

Türk mətbəxi tullantısız və dayanıqlı mətbəx tətbiqləri fəlsəfəsini qorumaqla yemək israfına yol verilməməsi prinsipinə əsaslanır, bitki və heyvan mənşəli məhsulların bütün elementlərindən faydalanmaq üçün həll yolları təqdim edir. Təbii və orqanik məhsullardan hazırlanan vegan və vegetarian mətbəxi uzun müddətdir ki, türk süfrələrinin olmazsa, olmazıdır. Türk mətbəxinin zəngin diapazonuna daxil olan, demək olar ki, hər növ yemək inqrediyentlər israf edilmədən hazırlanır. Məsələn, bayat çörəkdən çox növ yemək hazırlanır. Plov qalığından isə şorba və ya düyü piroqu hazırlanır. Dolma hazırlayarkən balqabağın və ya badımcanın içi çıxarılır, amma çıxarılan içlik heç vaxt atılmır, fərqli bir dada çevrilərək istifadə olunur. Böyük ailə məclislərində təqdim olunan ənənəvi yemək növləri illərdir bu torpaqlarda dayanıqlı və ahəngdar mövcudluğun əsasını təşkil edir.

Türkiyədə Dayanıqlı Turizm

Türkiyə eyni zamanda dünyanın bir nömrəli ətraf mühit və dayanıqlılıq platforması olan Qlobal Dayanaqlı Turizm Şurası (GSTC) ilə Milli Dayanıqlı Turizm Proqramı qurmaq üçün əməkdaşlıq müqaviləsi imzalayaraq dünyaya nümunə oldu.

Müqavilə çərçivəsində növbəti üç ildə turizm sektorunun yenidən qurulmasını hədəfləyən Türkiyə, dünyada dayanıqlı turizm sahəsində hökumətlə birgə milli proqram hazırlayan və “qollarını çırmalayan” ilk ölkə oldu. Keçən il start verilən Proqramın məqsədi yerli əhali üçün sosial və iqtisadi faydaları maksimum dərəcədə artırmaq , mədəni irsi inkişaf etdirmək, biomüxtəlifliyi, ekosistemləri və təbii gözəlliyi qorumaqla yanaşı çirklənməni azaltmaq və resurslara qənaət etməkdir. Başlanğıcda qonaqlama yerləri üçün yaradılan Dayanıqlı Turizm Proqramı çərçivəsində 2030-cu ilə qədər mərhələli keçidin başa çatacağı gözlənilir. Qonaqlama yerləri effektiv dayanıqlı planlaşdırma əsasında ardıcıl olaraq dayanıqlılığı təkmilləşdirməyə təşviq edilir. Bu çərçivədə, Mədəniyyət və Turizm Nazirliyinin 15 noyabr 2022-ci il tarixli sərəncamına əsasən Türkiyədəki bütün qonaqlama yerləri 2023-cü ilin sonuna qədər 1-ci Mərhələ Dayanıqlı Turizm Təsdiqini almalıdır.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …