Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla Ukrayna qoşunları arasında 2014-dən bu yana davam edən toqquşmalarda 10 min 225 nəfərin öldüyü açıqlanıb
Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər (BMT), Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla Ukrayna qüvvələri arasında qarşıdurmaların başlamasından bu yana 10 min 225 nəfərin həyatını itirdiyini, 24 min 541 nəfərin yaralandığını bildirib.
Donbasta münaqişələrin başladığı 2014-dən bu yana vətəndaşlar, Ukrayna əsgərləri və Rusiya tərəfdarı separatçılar olmaqla ümumilikdə 34 min 766 nəfərin zərər çəkdiyi qeyd edilən hesabatda, qarşıdurmalar səbəbilə 10 min 225 adamın həyatını itirdiyi, 24 min 541 nəfərin də yaralandığı bildirildi.
Ölənlərin 2 min 505-ni vətəndaşların yaratdığı bildirilən hesabatda, 16 May-15 Avqust dövründə isə qarşıdurmalar mənşəli mülki ölümlərin 26, yaralanların isə 135 olduğu ifadə edilib.
Hesabatda, bu rəqəmlərə 17 iyul 2014-də MH17 saylı Malayziya Hava Yollarına aid təyyarənin endirilməsi ölən 298 nəfərin daxil edilmədiyi işarə edilib.