Cümə , 3 May 2024
Drone Cameras

BMT: Yəməndə milyonlarla qaçqın aclıqla üzləşib

Yəməndə milyonlarla qaçqın ərzaq yardımı kəsildiyi üçün artan qıtlıqla üzləşib.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tviterdə məlumat yayıb.

Hesabatda bildirilir ki, ölkədəki qaçqınların yarıdan çoxu – təxminən 4 milyon insan, qidaya ciddi ehtiyac olan ərazilərdə yaşayır.

Bu ayın əvvəlində BMT Yəmənin mühüm humanitar yardım proqramlarından bəzilərinin maliyyə çatışmazlığı səbəbindən dayandırıldığını açıqlayıb.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli – ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

Check Also

Saakaşvili: “Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”

Keçmiş Prezident İvanişvilini Putinin davamçısı adlandırıb Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Dojd” kanalına …