Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir

Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq.

Boyukmillet.com “Radio Bulgaria”ya istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə məlumat verib.

Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, – Bolqarıstanın Baş naziri deyib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …