Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Bolqarıstanın Baş naziri Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib

Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bolqarıstanlı nazir bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi təkbətək görüşdə deyib.

“Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.

Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək”, – Kiril Petkov qeyd edib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …