Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bolqarıstanın sabiq Baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılması səbəbini açıqlayıb

Bolqarıstanın istefa verən sabiq Baş naziri Kirill Petkov deyib ki, Rusiyanın 70 diplomatının ölkədən çıxarılması barədə qərarını şəxsən o verməyib, bu, Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) üç hesabatına əsaslanıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə BTA agentliyi xəbər verib.

Onun sözlərinə görə, hesabatlar may və iyun aylarına, bir hissəsi isə marta aiddir.

Kirill Petkov qeyd edib ki, ölkədən çıxarılma mart ayında başlayan uzun proses olub və Xarici İşlər Nazirliyi tərəfindən Rusiya diplomatlarına yalnız onun verdiyi qərarla deyil, Bolqarıstanı tərk etmələri barədə bildiriş verməklə tamamlanıb.

Petkovun sözlərinə görə, diplomatların və səfirlik əməkdaşlarının Bolqarıstandan çıxarılması qərarına görə bir şəxsin məsuliyyət daşıması fikri növbəti siyasi manevr cəhdidir.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …