Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Boris Conson Baş nazir postundan İSTEFA VERDİ

Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdiyini elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Boris Conson istefasını xalqa etdiyi müraciətində bəyan edib. O, ictimaiyyətə “böyük imtiyaz” üçün təşəkkür edib: “Hər şeydən əvvəl, mənə verdiyiniz böyük imtiyaz üçün sizə, Britaniya ictimaiyyətinə təşəkkür etmək istəyirəm”.

O bildirib ki, bundan sonra yeni baş nazir gələnə qədər xalqa xidmət göstərəcək:

“Baş nazir olmaq özlüyündə bir təhsildir. Hər şey indi qaranlıq görünsə də, bizim birlikdə gələcəyimiz var. Mübahisələrdə uğur qazana bilmədiyim üçün təəssüflənirəm, bu qədər ideya və layihələri görməmək ağrılıdır”.

Qeyd edək ki, son günlər Böyük Britaniyada hökumət böhranı yaşanırdı – iki gün ərzində 60-a yaxın məmur istefa vermişdi. Onlar bu addımları ilə Consona inamsızlıqlarını ifadə ediblər və onun rəhbərlik üsulları ilə razılaşmadıqlarını bildiriblər.
Buna səbəb bir müddət əvvəl London klublarından birində sərxoş halda əlbəyaxa dava salan xarici işlər nazirinin Avropa və ABŞ üzrə keçmiş müavini Kristofer Pinçer ətrafında yaranmış qalmaqal olub.
Bəzi siyasətçilər Consonun Pinçerin problemli keçmişindən xəbərdar olduğu halda, onu Mühafizəkarlar Partiyasının parlament fraksiyasının koordinator müavini vəzifəsinə təyin etməsindən narazı qalmışdılar.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …