Bazar , 15 Noyabr 2026
Drone Cameras

Boris Conson Gürcüstana səfərə dəvət olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüş NATO-nun Madrid sammiti çərçivəsində baş tutub.

Görüşün əsas mövzusu Gürcüstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və sıx dostluq əlaqələri olub.

İ.Qaribaşvili B.Consona Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyinə görə təşəkkür bildirib və tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsinə ümidvarlıq ifadə edib.

Tərəflər iki ölkənin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığını müzakirə ediblər. Qeyd olunub ki, bir sıra istiqamətlər üzrə strateji dialoq və əməkdaşlıq formatı ölkələr arasında mövcud münasibətləri yeni səviyyəyə yüksəldib.

İ.Qaribaşvili B.Consonu onun üçün münasib vaxtda Gürcüstana səfərə dəvət edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …